Mühasibatlıq Proqramı

Şirkətinizin uçotunu bir mühasibatlıq proqramında aparın

Muhasibatlıq Proqramı — Azərbaycan qanunvericiliyinə uyğun hazırlanmış bulud mühasibatlıq proqramıdır. Hesablar planından tutmuş maliyyə hesabatlarına qədər bütün uçot prosesini sadələşdirir və avtomatlaşdırır.

0Aktiv şirkət
0Hesabat modulu
0Sistem stabilliyi
Mühasibat Jurnalı
Aylıq dövriyyə92 140,00 ₼▲ real vaxt
Debet 521 / Kredit 7013 200,00 ₼
Baş Kitab yeniləndi↻ avtomatik
Amortizasiya hesablandı−410,00 ₼
Hesablar Planı ✓Trial Balance ✓
Nə üçün seçilir

Mühasibatlıq proqramının əsas imkanları

Hesablar Planı

Standart və fərdiləşdirilmiş hesablar planı ilə subhesabların idarə edilməsi.

Mühasibat Jurnalı

Bütün proyodkaların qeydiyyatı, avtomatik balanslaşdırma və tarixçə axtarışı.

Baş Kitab

Bütün hesablar üzrə ümumiləşdirilmiş qalıqlar və dövriyyələr bir baxışda.

Trial Balance

Debet-kredit tarazlığının avtomatik yoxlanılması, dövr sonu bağlanışı.

Balance Sheet və M&Z

Balans hesabatı və Mənfəət-Zərər hesabatı istənilən dövr üçün bir kliklə.

Əsas Vəsaitlər

Əsas vəsaitlərin qeydiyyatı, amortizasiya hesablamaları və inventarlaşdırma.

Mühasibatlıq proqramı nədir və nə üçün lazımdır?

Mühasibatlıq proqramı — şirkətin maliyyə əməliyyatlarının qeydiyyatını, hesablanmasını və hesabatlığını rəqəmsal formada aparan proqram təminatıdır. Kağız üzərində və ya ayrı-ayrı Excel cədvəllərində aparılan uçotdan fərqli olaraq, mühasibatlıq proqramı bütün əməliyyatları vahid məlumat bazasında saxlayır, xətaların qarşısını alır və hesabatların hazırlanma müddətini əhəmiyyətli dərəcədə azaldır.

Muhasibatlıq Proqramı Azərbaycan bazarının tələblərinə uyğun hazırlanıb: hesablar planı yerli standartlara əsaslanır, valyuta əməliyyatları Mərkəzi Bank məzənnəsi ilə sinxronlaşır, vergi hesablamaları isə cari qanunvericiliyə uyğun aparılır.

Kimlər üçün uyğundur?

Mühasibatlıq proqramının üstünlükləri

Bulud əsaslı arxitektura sayəsində məlumatlara istənilən yerdən, istənilən cihazdan giriş mümkündür. Avtomatik ehtiyat nüsxələmə məlumat itkisi riskini aradan qaldırır. Modullar arası inteqrasiya — məsələn, kassa əməliyyatının avtomatik olaraq Mühasibat Jurnalına düşməsi — əl işini minimuma endirir.

Digər proqramlardan fərqi

Bir çox mühasibatlıq proqramı yalnız uçot funksiyasını yerinə yetirir, vergi və kassa əməliyyatları üçün ayrıca sistem tələb edir. Muhasibatlıq Proqramı isə mühasibatlıq, vergi, kassa-bank və idarəetmə hesabatlarını tək platformada birləşdirərək inteqrasiya xərclərini aradan qaldırır.

Suallar

Mühasibatlıq proqramı haqqında

Mühasibatlıq proqramına keçid nə qədər vaxt alır?

+

Standart keçid, məlumatların həcmindən asılı olaraq, adətən 3-7 iş günü ərzində tamamlanır.

Proqram Azərbaycan mühasibat standartlarına uyğundurmu?

+

Bəli, hesablar planı və hesabat formaları yerli qanunvericiliyə uyğun formalaşdırılıb.

Neçə şirkət/filial əlavə edə bilərəm?

+

Paketdən asılı olaraq bir neçə filial və ya hüquqi şəxs eyni hesab daxilində idarə oluna bilər.

Əlaqəli mövzular

Digər həllərimizə baxın

Mühasibatlıq proqramını pulsuz sınayın

14 günlük tam funksiyalı sınaq müddəti — kredit kartı tələb olunmur.

whatsapp